Bank Of Baku

Son bir ildə «Parabank»ın əsas maliyyə göstəricilərində kəskin artım olub

Son bir ildə «Parabank»ın əsas maliyyə göstəricilərində kəskin artım olub
# 28 aprel 2010 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 94,993 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-i ilə müqayisədə 33% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 51,8% genişlənərək 58,154 mln. manat, o cümlədən əhalinin əmanətləri 48 artaraq 53,756 mln. manata çatıb.

Bankın kredit portfeli 40% artaraq 64,721 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,7 dəfə artaraq 34,386 mln. manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 15,1% artaraq 13,134 mln. manat, o cümlədən nizamnamə kapitalı 15% artaraq 15,570 mln. manat olub.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 45,8% artaraq 4,303 mln. manat, xərcləri isə 37% artaraq 3,999 mln. manat təşkil edib. Nəticədə son bir ildə bankın əldə etdiyi mənfəətin həcmi 10 dəfə artaraq 0,304 mln. manat olub.

Bundan başqa, bu müddət ərzində bankın müştərilərinin sayı 8,1% artaraq 28 927, o cümlədən fiziki şəxslərin sayı 8% artaraq 26 195, hüquqi şəxslərin sayı isə 8,8% artaraq 2 732 olub. Bununla yanaşı, son bir ildə bankın işçilərinin sayı 19,4% artaraq 387 nəfərə, orta aylıq əmək haqqı 2,6% artaraq 437 manata çatıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 10 bankomatı və 127 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR