Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondunun 2009-cu il üzrə auditi başa çatıb

Sahibkarlığa Kömək Milli Fondunun 2009-cu il üzrə auditi başa çatıb
# 29 aprel 2010 07:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Baker Tilly Azerbaijan» beynəlxalq audit şirkəti Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) 2009-cu il üçün maliyyə hesabatlarının auditini başa çatdırıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycanın qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

«Baker Tilly Azerbaijan» şirkəti tərəfindən verilmiş rəyə əsasən, SKMF-ın maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR