Bank Of Baku

Bakıda “Qlobal iqtisadi böhran və resursla zəngin ölkələr” mövzusunda seminar keçirilib

Bakıda “Qlobal iqtisadi böhran və resursla zəngin ölkələr” mövzusunda seminar keçirilib
# 29 aprel 2010 09:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda İctimai Vəsaitin Monitorinqi Mərkəzi (İVMM) tərəfindən “Qlobal iqtisadi böhran və resursla zəngin ölkələr” mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, seminarın açılışında İVMM-nin direktoru İnqilab Əhmədov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd qlobal böhranın Azərbaycan büdcəsinə təsirlərini öyrənməkdir.

Daha sonra «Qlobal iqtisadi böhran və dövlət büdcəsi. Azərbaycan reallığı» mövzusunda geniş təqdimatla çıxış edən İ.Əhmədov deyib ki, hökumət böhran öncəsi yoxsulluq həddinin kəskin azaldılması, iş yerlərinin azaldılması və ailə gəlirlərinin artırılmasını planlaşdırırdı. Lakin ötən il ərzində qlobal iqtisadi böhran şəraitində büdcənin mədaxil proqnozundan əhəmiyyətli kənarlaşma olub: “Həmçinin Vergilər Nazirliyi proqnozu 29,5% kəsirlə icra edib. Ötən il vergi gəlirlərinin büdcədə payının azalması tendensiyası davam edib. Nəticə etibarilə neft faktoru böhran dövründə ölkənin sosial-iqtisadi durumunu xilas edə bilsə də, gərginliyi tam aradan qaldıra bilmədi”.

İ.Əhmədovun fikrincə, böhran fiksal gərginliyi artırmaqla büdcənin neftdən asılılığını daha da gücləndirib və bu, digər iqtisadi parametrlərdə də özünü göstərib. Eyni zamanda vergi və gömrük rüsumu yığımı son iki ildə sahibkarlıq mühiti ilə bağlı kifayət qədər problemli olub. Belə ki, 2009-cu ildə yığım proqnozlara nisbətən Vergilər Nazirliyi tərəfindən 28,5%, Gömrük Komitəsi tərəfindən isə 14,4% kəsirlə icra edilib.

Tədbirdə həmçinin ABŞ-ın RWI İnstitutunun nümayəndəsi Akram Esanov «Qırılan yüksəliş: İqtisadi tənəzzülün resursla zəngin ölkələrə təsiri» mövzusunda geniş təqdimatla çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR