Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sədr müavinləri təyin olunub

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sədr müavinləri təyin olunub
# 29 aprel 2010 09:27 (UTC +04:00)
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, dövlət başçısının sərəncamlarına əsasən Comərd Rasim oğlu Əliyev və İlqar Nazim oğlu Muradov Komitə sədrinin müavini vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, C.Əliyev 1999-cu ilin oktyabr ayından QKDK-nın Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində işləyib, İ.Muradov isə 1996-cı ilin mart ayından Qiymətli kağızların tədavülü şöbəsində mütəxəssis, 1996-cı ilin sentyabr ayından 1997-ci ilin fevral ayınadək İnvestisiya fondlarının təşkili şöbəsində aparıcı mütəxəssis, 1997-ci ilin noyabr ayınadək Fond bazarının tənzimlənməsi şöbəsində aparıcı mütəxəssis vəzifələrində, 1997-ci ilin noyabr ayından Azərbaycan Dövlət Əmlak Komitəsinin təsis etdiyi «Mülk» Milli Depozit Mərkəzinin (MDM) İnvestisiya institutlarına nəzarət şöbəsində baş mütəxəssis - şöbə rəisi vəzifəsini icra edən, 1999-cu ilin iyul ayından oktyabr ayınadək isə həmin şöbənin rəisi, 1999-cu ilin oktyabr ayından MDM-in Deponentləşdirmə şöbəsinin rəisi, 2003-cü ilin sentyabr ayından 2006-cı ilin yanvar ayınadək Deponentləşdirmə və arxiv şöbəsinin rəisi, 2006-cı ilin yanvar ayından iyun ayınadək yenidən Deponentləşdirmə şöbəsinin rəisi vəzifələrində, 2009-cu ilin fevral ayında Deponentləşdirmə şöbəsinin rəisi, 2009-cu ili iyun ayından MDM-in İdarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR