Bank Of Baku

“Texnikabank” “Zolotaya Korona” sisteminin “Qızıl tərəf müqabili” adlandırılıb

“Texnikabank” “Zolotaya Korona” sisteminin “Qızıl tərəf müqabili” adlandırılıb
# 29 aprel 2010 09:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Zolotaya Korona» beynəlxalq pulköçürmə sisteminin 2009-cu ilin nəticələrinə görə, Azərbaycanın «Texnikabank» ASC «Qızıl tərəf müqabili» adlandırılıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, “Zolotaya Korona” beynəlxalq pulköçürmə sisteminin Daşkənddə (Özbəkistan) keçirilən konfransında “Texnikabank” “Azərbaycanda ən yaxşı tərəf müqabili” nominasiyasına layiq görülüb.

«Zolotaya Korona» sisteminin direktoru İ.A.Sitnov diplomu bankın nümayəndəsinə təqdim edərək, əməkdaşlıq müddətində daha da yüksək nəticələr əldə etməyi arzulayıb.

Qeyd edək ki, bu ilin aprel ayının 21-24-də «Zolotaya Korona» sisteminin təşkilatçılığı ilə Daşkənddə «Təcili pul köçürmələri təşkilatına yeni yanaşma üsulları, gəlirlərin yüksəldilməsi üçün innovasiya» mövzusunda konfrans keçirilib.

Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən “Texnikabank” “Wester Union”, “Contact”, «Migom», «Bıstraya Poçta», «Xpress Money», «Blizko», «Alür», «Caspian Money Transfer», «Lider» və «Faster» kimi sistemləri ilə də əməkdaşlıq edir. Təcili pul köçürmə sistemləri «Texnikabank»ın Bakı, Xırdalan, Gəncə, Sumqayıt, Mingəçevir, Beyləqan, Zaqatala, Quba, Xaçmaz, Cəlilabad, Yevlax, Qəbələ, Biləsuvar, Neftçala və Tovuz şəhərlərində yerləşən 35 filialı və 2 şöbəsində mövcuddur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 452,621 mln. manat, depozit portfeli 173,671 mln. manat, kredit portfeli 348,798 mln. manat, məcmu kapitalı 58,447 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,685 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR