Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri: Gürcüstanda orta və kiçik biznesə investisiya yatırmaq istəyirik

Azərbaycanın iqtisadi inkişaf naziri: Gürcüstanda orta və kiçik biznesə investisiya yatırmaq istəyirik
# 29 aprel 2010 10:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA-Economics. Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu gün «Azebi» şirkətinin nümayəndələri ilə görüşüb.

APA-Economics”in məlumatına görə, görüşdə çıxış edən nazir son illər ərzində Azərbaycanın Gürcüstanda iri layihələr həyata keçirdiyini bildirib və Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı layihələrini buna misal göstərib.

Ş.Mustafayev Azərbaycanın enerji resursları Gürcüstan ərazisindən keçdiyini bildirib və Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars layihələrinin əhəmiyyətini vurğulayıb: «Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin böyük əhəmiyyəti var. Belə ki, sözügedən dəmir yolu şərqlə qərbi birləşdirəcək».

Nazir həmçinin Azərbaycan tərəfindən Gürcüstanda bir çox investisiya yatırımı barədə də danışıb və Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan iqtisadiyyatına 400 mln. ABŞ dolları məbləğində vəsait yatırdığını bildirib: «Biz Azərbaycanda olduğu kimi, Gürcüstanda da orta və kiçik biznesi inkişaf etmək niyyətindəyik və Gürcüstanın bu sahəsinə investisiya yatırmaq istəyirik».

Qeyd edək ki, Ş.Mustafayevin başçılığı altında Azərbaycan nümayəndə heyətinin bu gün Gürcüstana başlayan səfəri aprelin 30-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR