Bank Of Baku

«Expressbank» nizamnamə kapitalını artırır

«Expressbank» nizamnamə kapitalını artırır
# 29 aprel 2010 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Expressbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 208 manat, sayı 125 001 ədəd, emissiyanın ümumi həcmi isə 26 000 208 manat təşkil edir.

Emissiya «Expressbank»ın bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 200 manat olan 125 001 ədəd - 25 000 200 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 4% artaraq 26 000 208 manata çatacaq.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildən 2010-cu ilin mart ayınadək “Azərnəqliyyatbank” adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin aprel ayının 1-nə bakın aktivlərinin həcmi 139,951 mln. manat, depozit portfeli 11,156 mln. manat, kredit portfeli 28,330 mln. manat, məcmu kapitalı 27,205 mln. manat, o cümlədən nizamnamə kapitalı 25 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 8 filialı, 20 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR