Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri Gürcüstanın baş naziri ilə görüşəcək

Azərbaycanın iqtisadi inkişaf naziri Gürcüstanın baş naziri ilə görüşəcək
# 29 aprel 2010 10:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA-Economics. Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu gün bu ölkənin baş naziri Nika Gilauri ilə görüşəcək.

APA-Economics”in məlumatına görə, görüş zamanı iki ölkə arasında mövcud vəziyyət, əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi prinsipləri, həmçinin Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın növbəti iclası barədə müzakirələr aparılacağı gözlənilir.

Bundan başqa, aprelin 30-da Ş.Mustafayevin Gürcüstanın Dmanisi, Bolnisi və Marneuli rayonlarına da səfər edəcəyi, buradakı azərbaycanlı iş adamları ilə görüşəcəyi nəzərdə tutulub. Bununla yanaşı, Marneulidə iş adamlarının regional forumunun keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR