Bank Of Baku

«Bank Standard» yeni avtokreditləşmə proqramına başlayıb

«Bank Standard» yeni avtokreditləşmə proqramına başlayıb
# 29 aprel 2010 11:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» QSC əlverişli şərtlərlə avtokreditləşmə proqramına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu proqram çərçivəsində yeni avtomobillərlə yanaşı, istifadədə olmuş avtomobilləri də əldə etmək olar.

Avtokredit üzrə faiz dərəcələri 16%-dən başlayır (ilkin ödənişin həcmindən asılı olaraq), kreditin maksimal məbləği 35 min manat, minimal ilkin ödəniş məbləği isə avtomobilin dəyərinin 30%-ni təşkil edir. Avtokreditləşmə proqramında ölkədə rəsmi təmsil olunmuş demək olar ki, bütün avtomobil marka və modelləri iştirak edir.

Qeyd edək ki, «Bank Standard»da kredit almaq üçün paytaxtda rəsmi qeydiyyatda olmaq məcburi şərt deyil, kredit region əhalisinə də verilir. «Bank Standard»ın avtokreditləri həm də minimal sənəd paketi, müraciətdən avtomobil alqısına kimi kreditin sürətli rəsmiləşdirilməsi deməkdir. İlkin ödəniş kimi avtomobilin dəyərinin 40%-i ödənilərsə, müştərinin gəlirlərini təsdiq edən sənədlər tələb olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR