Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası Buxarestdə keçiriləcək seminarda iştirak edəcək

Azərbaycan Mikromaliyyə Assosiasiyası Buxarestdə keçiriləcək seminarda iştirak edəcək
# 29 aprel 2010 12:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) bu ilin may ayının 3-5-də biznes assosiasiyaları üçün Buxarestdə (Rumıniya) keçiriləcək seminarda iştirak edəcək.

AMA-nın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, seminarda AMA-nın icraçı direktoru Jalə Hacıyeva və AMA-nın şəbəkə koordinatoru Vüsalə Qarayeva çıxış edəcəklər.

Seminarda biznes assosiasiyalarının idarə edilməsi sahəsində digər Avropa ölkələrinin təcrübəsi, həmçinin assosiasiyaların fəaliyyəti barədə geniş müzakirələr aparılacaq.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR