Bank Of Baku

Azərbaycanda bank aktivlərinin artım tendensiyası bərpa olunub

Azərbaycanda bank aktivlərinin artım tendensiyası bərpa olunub
# 29 aprel 2010 12:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin həcmi 2010-cu ilin aprelin 1-nə 12 030 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 215 mln. manat və ya 36,5% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda cari ilin əvvəli ilə bank aktivlərinin həcmi 364,8 mln. manat və ya 3,1% artıb. O cümlədən yanvarda 77,8 mln. manat, fevralda 19,3 mln. manatlıq azalma, martda isə 461,9 mln. manat həcmində artım müşahidə olunub.

Beləliklə, cari ilin ilk iki ayı ərzində Azərbaycanda bankların əsas göstəricisi olan aktivləri üzrə formalaşmış azalma tendensiya yenidən artımla əvəz olunub.

Qeyd edək ki, aprelin 1-nə olan göstərici üzrə illik müqayisədə müşahidə olunan iri artım ilk növbədə onunla izah olunur ki, aktivlərin həcminə görə ötən ilin ən aşağı səviyyə məhz ötən ilin aprelin 1-nə təsadüf edib.

Xatırladaq ki, ötən ilin yekunlarına görə aktivlərin həcmi 13,6% artıb, halbuki ilin ilk üç ayı ərzində kəskin (14,2% səviyyəsində) və davamlı azalma baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR