Bank Of Baku

Maliyyə Nazirliyi: Azərbaycandakı bəzi sığorta şirkətlərinin kapitallaşmasında problemlər mövcuddur

Maliyyə Nazirliyi: Azərbaycandakı bəzi sığorta şirkətlərinin kapitallaşmasında problemlər mövcuddur
# 29 aprel 2010 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bəzi sığorta şirkətlərinin kapitalının formalaşdırılmasında problemlər mövcuddur.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Sığorta Nəzarəti Xidməti kapitalın formalaşdırılmasında çətinlik çəkən sığorta şirkətləri ilə müvafiq işlər aparır.

N.Xəlilov sığorta şirkətləri tərəfindən 2010-cu il ərzində toplanacaq sığorta yığımları barədə də danışıb. Nazirlik rəsmisi 2010-cu il ərzində toplanacaq sığorta haqlarının 2009-cu ilin yekun rəqəmindən az olmayacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR