Bank Of Baku

Azərbaycanda əmanətlərin həcmi mart ayında azalıb

Azərbaycanda əmanətlərin həcmi mart ayında azalıb
# 29 aprel 2010 13:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş əmanətlərin həcmi 2010-cu ilin aprelin 1-nə 2 395 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 622,3 mln. manat və ya 35,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə bank əmanətlərinin həcmi 60,1 mln. manat və ya 2,6% artıb.

Xatırladaq ki, ötən ilin yekunlarına görə, əmanətlərin həcmi 22,7% artıb, halbuki ilin ilk üç ayı ərzində 6,9%-lik azalma baş verib. Lakin ilin sonrakı dövründə tendensiya dəyişməsi nəticəsində yekun artım müşahidə olunub.

Qeyd edək ki, ötən ilin aprelin 1-dən cari ilin martın 1-nə kimi əmanətlər üzrə davamlı artım baş verib. Məcmu olaraq bu müddət ərzində artımın səviyyəsi 36,7%-ə bərabər olub. Lakin cari ilin martında bu artım tendensiyası azalma ilə əvəz olunub. Belə ki, martda əhalinin banklarda olan əmanətlərinin həcmi 27,8 mln. manat və ya 1,2% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR