Bank Of Baku

«Əmrahbank» nizamnamə kapitalını artırır

«Əmrahbank» nizamnamə kapitalını artırır
# 29 aprel 2010 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Əmrahbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 17 404 min ədəd, emissiyanın ümumi həcmi isə 1 740 400 manat təşkil edir.

Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «Çelsi Kapital» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 13,5% artaraq 14 561 400 manata çatacaq.

Qeyd edək ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 101,811 mln. manat, depozit portfeli 41,176 mln. manat, kredit portfeli 39,898 mln. manat, məcmu kapitalı 20,653 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR