Bank Of Baku

«Unileasing» şirkətinin portfeli artıb

«Unileasing» şirkətinin portfeli artıb
# 30 aprel 2010 08:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unileasing» QSC-nin 2010-cu ilin I rübündə əldə etdiyi mənfəətin həcmi 500 min ABŞ dolları təşkil edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, həmin müddət ərzində şirkət tərəfindən maliyyələşdirilən obyektlərin məcmu dəyəri 6,5 mln. dollara bərabər olub.

Ümumilikdə, aprelin 1-nə şirkətin lizinq portfeli ilin əvvəlindən 2 mln. dollar və ya 5% artaraq 42 mln. dollara çatıb. Cari ilin I rübündə «Unileasing» şirkəti 150 kontrakt bağlayıb ki, nəticədə 6,5 mln. dollar dəyərində olan 255 obyekt lizinqə verilib. Ümumilikdə, aprelin 1-nə şirkət tərəfindən 1 077 kontrakt çərçivəsində ümumi dəyəri 75,3 mln. dollar olan 1 734 obyekt lizinqə verilib.

Qeyd edək ki, «Unileasing» tikinti texnika, avadanlıq, nəqliyyat vasitələrin maliyyələşdirilməsi üçün əlverişli şərtlər təklif edir. Müştəri lazım olan obyekti həm ABŞ və Almaniyadan sifariş edə bilər, həm də anbarlarda və www.resale.az informasiya bazasında olanları seçə bilər.

Şirkətdən həmçinin bildirilib ki, yaxın zamanlarda yeni xidmət təqdim ediləcək və potensial müştərilərə lizinq vasitəsi ilə lazım olan obyektləri əldə etmək imkanları daha da sadələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR