Bank Of Baku

«Bank of Baku» son bir ildə depozit portfelini 41% artırıb

«Bank of Baku» son bir ildə depozit portfelini 41% artırıb
# 30 aprel 2010 08:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin cəlb etdiyi depozitlərin həcmi 2010-cu ilin aprelin 1-nə 102,05 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bank tərəfindən mütəmadi olaraq həyata keçirilən depozit kampaniyaları nəticəsində fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 2009-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 37% artaraq bu il martın sonuna 74,81 mln. manata çatıb.

Hazırda «Bank of Baku» müştərilərin bütün təbəqələri üçün sərfəli, çevik və müxtəlif şərtləri və üstünlükləri özündə birləşdirən «Çevik» və «Dinamik» adlı əmanət məhsullarını təklif edir. Bu depozitlərin bir sıra üstünlükləri, məsələn, çıxarılan əmanətə yüksək gəlir faizlərini almaq, əmanəti artırmaq və ya azaltmaq, məbləğindən asılı olaraq pulsuz «Visa Deposit» və ya «Visa Gold» kartını almaq, əmanət məbləğinin 80%-dək kredit almaq imkanı və s. var.

Bununla yanaşı, «Bank of Baku» müxtəlif sosial qrupların maraqlarını nəzərə alaraq depozit kampaniyalarını genişləndirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR