Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Ukraynaya 19 mlrd. dollar ayıracaq

Beynəlxalq Valyuta Fondu Ukraynaya 19 mlrd. dollar ayıracaq
# 30 aprel 2010 08:53 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna hökuməti və Beynəlxalq Valyuta Fondu (BVF) əməkdaşlıq haqqında sazişin əsas hissəsini razılaşdırıb.

APA-Economics”in “UNİAN”a istinadən məlumatına görə, bu barədə Ukrayna baş nazirinin müavini Sergey Tiqipko açıqlama verib.

Onun sözlərinə görə, saziş Ukraynaya 2,5 il müddətində 19 mlrd. dollar vəsait ayrılmasını nəzərdə tutur: “Hazırkı əməkdaşlıq proqramını davam etdirmək mənasızdır. Çünki o, böhranın aradan qaldırılmasına yönəlmişdi. Bizə isə ortamüddətli perspektivi müzakirə etmək lazımdır”.

S.Tiqipko əlavə edib ki, BVF ilə danışıqlarda uğur qazanmaq üçün iqtisadi islahatlar aparılması vacibdir: “O cümlədən yeni Vergi Məcəlləsi qəbul etmək və dövlətin qeyri-effektiv idarə etdiyi obyektlərin özəlləşdirilməsini həyata keçirmək lazımdır”.

BVF ilə Ukrayna hökuməti arasındakı danışıqların növbəti raundu bu ilin may ayında Kiyevdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR