Bank Of Baku

Azərbaycanda məcmu bank kapitalının həcmi azalır

Azərbaycanda məcmu bank kapitalının həcmi azalır
# 30 aprel 2010 09:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2010-cu ilin aprelin 1-nə 1 758 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 200,4 mln. manat və ya 12,9% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda cari ilin əvvəli ilə müqayisədə bankların məcmu kapitalının həcmi 0,9 mln. manat və ya 0,05%, martda isə 0,4 mln. manat və ya 0,02% azalıb.

Xatırladaq ki, ötən ilin yekunlarına görə məcmu kapitalın həcmi 17,9% artıb.

Bankların məcmu kapitalının artmaması, demək olar ki, son illərdə ilk dəfə baş verir. Bunun əsas səbəbi kimi bankların kapitallaşmasının yetərli olması və bankların nizamnamə kapitalını artırmaması göstərilir. Bundan əlavə, nizamnamə kapitalı ilə yanaşı məcmu kapitala əlavə edilən bankların bölüşdürülməmiş mənfəətinin azalmasını da səbəb kimi qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR