Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı son bir ildə aktivlərini 60% artırıb

Azərbaycan Beynəlxalq Bankı son bir ildə aktivlərini 60% artırıb
# 30 aprel 2010 10:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 5 256,950 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 59% çoxdur.

ABB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 23,5% artaraq 1 984,853 mln. manat, o cümlədən əhalinin əmanətləri 401,038 mln. manat, kredit portfeli 73% artaraq 3 940,919 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 21% artaraq 472,514 mln. manat, o cümlədən nizamnamə kapitalı 23,8% artaraq 240 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir ildə bankın gəlirləri 15,2% azalaraq 86,713 mln. manat, xərcləri isə 6,2% azalaraq 67,372 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 36,4% azalaraq 19,341 mln. manata çatıb.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin aprel ayının 1-nə bankın 37 filialı, 590 bankomatı, 2 766 POS- terminalı, 1 214 işçisi və 924 902 müştərisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR