Bank Of Baku

«Standard&Poor’s»: Avropa bankları 92 mlrd. avro həcmində itkilərə məruz qala bilər

«Standard&Poor’s»: Avropa bankları 92 mlrd. avro həcmində itkilərə məruz qala bilər
# 30 aprel 2010 10:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Standard&Poor’s» beynəlxalq reytinq agentliyi Böyük Britaniya, İrlandiya və İspaniyanın 2009-2011-ci illər üzrə girovu kommersiya təyinatlı daşınmaz əmlak olan bank kreditləri üzrə itkilərini 92 mlrd. avro həcmində qiymətləndirib. «APA-Economics»in məlumatına görə, bu barədə agentliyin «Avropanın kommersiya təyinatlı daşınmaz əmlak bazarı bərpa olunur, lakin bu, bank aktivlərinin keyfiyəti üçün panaseya deyil» adlı məruzəsində bildirilir.

Agentliyin analitiklərinin fikrincə, Avropanın bir sıra ölkələrində kommersiya təyinatlı daşınmaz əmlakın dəyəri bir qədər artıb. Lakin bunun bank aktivlərinin keyfiyyətinə müsbət təsiri cüzi olacaq. Analitiklər həmçinin qeyd edirlər ki, Böyük Britaniya, İrlandiya və İspaniya bankları 2011-ci ildə də girovu kommersiya təyinatlı daşınmaz əmlak olan kreditlər üzrə külli miqdarda zərər çəkəcək. Analoji vəziyyətin Almaniya banklarında da müşahidə olunacağı gözlənilir.

Analitiklər onu da qeyd edib ki, belə vəziyyət bir neçə il davam edə bilər və bunun bankların reytinqinə təsir edəcəyi istisna olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR