Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı son bir ildə yenidənmaliyyələşdirmənin həcmini 5,5 dəfə artırıb

Azərbaycan Mərkəzi Bankı son bir ildə yenidənmaliyyələşdirmənin həcmini 5,5 dəfə artırıb
# 30 aprel 2010 12:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən bank sistemində likvidliyin idarə edilməsi məqsədilə apardığı yenidənmaliyyələşdirmə əməliyyatlarının həcmi 2010-cu ilin aprel ayının 1-nə 1 362 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin mart ayında AMB tərəfindən bank sisteminə yönəldilən birbaşa mərkəzləşdirilmiş kreditlərin həcmi 17,2 mln. manat və ya 1,3% artıb.

Cari ilin əvvəlindən bank sisteminə ayrılan mərkəzləşdirilmiş kreditlərin həcmi 46,6 mln. manat və ya 3,5% artıb.

Yenidənmaliyyələşdirmə həcminin artması ilk növbədə Azərbaycan bank sistemində likvidlik probleminin hələ də qaldığını və bankların öhdəliklərin yerinə yetirilməsində Mərkəzi Bankın dəstəyinə ehtiyacının olduğunu göstərir. Bunun sübutu kimi qeyd etmək olar ki, 2008-ci ildə yenidənmaliyyələşdirmənin həcmi cəmi 133,7 mln. manat artıb, lakin böhran ili kimi hesab olunan 2009-cu ildə bu artım 1 086 mln. manata çatıb. Göründüyü kimi, cari ildə vəziyyət hələ də sağlamlaşmaya doğru dəyişməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR