Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Asiya İnkişaf Bankının illik toplantısında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Asiya İnkişaf Bankının illik toplantısında iştirak edəcək
# 30 aprel 2010 13:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan hökumətinin nümayəndə heyəti Asiya İnkişaf Bankının (AİB) illik toplantısında iştirak etmək məqsədi ilə Daşkəndə (Özbəkistan) yola düşüb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, AİB-in sayca 43-cü illik toplantısı mayın 2-4-də keçiriləcək. Toplantı zamanı dünya maliyyə bazarının hazırkı vəziyyəti, böhranın üzv ölkələrə mənfi təsiri və buna qarşı görülən tədbirlər, müxtəlif layihələrin həyata keçirilməsində Bankın Azərbaycana və digər dövlətlərə göstərdiyi dəstək, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

İclas çərçivəsində S.Şərifovun AİB prezidenti Haruiko Kuroda, bankın baş direktoru Xuan Miranda, ölkələr üzrə səsvermə qrupunun direktoru Stefen Sedvik və digər şəxslərlə görüşləri nəzərdə tutulub.

Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb. Bankın baş qərargahı Manilada (Filippin) yerləşir. Azərbaycan Banka 22 dekabr 1999-cu ildə üzv qəbul olunub və ümumi səhm kapitalında 0,5 %-lik səhm zərfinə malikdir. Ümumilikdə isə 67 ölkə AİB-in üzvüdür. AİB-in aparıcı səhmdarları Yaponiya və ABŞ (ümumi səhm kapitalının 31,2%-i), Hindistan və Çin (12,8%), Avstraliya, Cənubi Koreya və Kanada (16%) və s. ölkələrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR