Bank Of Baku

«Paşa Bank» gələn il beynəlxalq reytinq almağa hazılaşır

«Paşa Bank» gələn il beynəlxalq reytinq almağa hazılaşır
# 30 iyun 2010 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC 2011-ci ilin sonunda beynəlxalq reytinq almaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, hazırda «Standard&Poors», «Fitch Ratings» və «Moody’s» beynəlxalq reytinq agentlikləri ilə bununla bağlı danışıqlar aparılır: «Nəzərə alınmalıdır ki, bank 3 ilə yaxındır fəaliyyət göstərir. Bu səbəbdən də biz hələ beynəlxalq reytinq almağa tələsmirik. Ümumiyyətlə, reytinq bankın inkişafı, o cümlədən xaricdən maliyyə resurslarının cəlb olunması üçün vacib amillərdən biridir».

F.Axundov bildirib ki, hazırda adları çəkilən reytinq agentlikləri tərəfindən bankın maliyyə göstəriciləri təhlil olunur.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 333,289 mln. manat, depozit portfeli 166,326 mln. manat, kredit portfeli 140,174 mln. manat, məcmu kapitalı 128,283 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR