Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici cari ilin əvvəlindən 185,1 mln. manat və ya 9,6% artıb. O cümlədən, yanvar-aprel ayları ərzində müşahidə olunan stabil artım may ayında 264 mln. manat və ya 11,1%-lik azalma ilə əvəz olunub.
Bankların xarici öhdəliklərin dinamikası son 17 ay ərzində aşağıdakı kimi olub:
Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2010-cu ilin iyunun 1-nə 1 386,5 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 266,1 mln. manat və ya 23,8% çoxdur. Bu göstərici yanvar-may aylarında 112,8 mln. manat və ya 8,9% artsa da, may ayında 131,8 mln. manat və ya 8,7% azalıb.
Nəticədə, Azərbaycandakı kommersiya banklarının xarici öhdəlikləri məcmu xarici aktivləri 730,9 mln. manat və 52,7% üstələyir. Müqayisə üçün bildirək ki, 2008-ci ilin yekunları üzrə bu nisbət 868,8 mln. manat və ya 73,7%, 2009-cu ilin yekunlarına görə isə 658,6 mln. manat və ya 51,7% olub.