Bank Of Baku

ABŞ Nümayəndələr Palatası maliyyə sektorunun tənzimlənməsi haqda qanun layihəsini bəyənib

ABŞ Nümayəndələr Palatası maliyyə sektorunun tənzimlənməsi haqda qanun layihəsini bəyənib
# 01 iyul 2010 08:33 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin maliyyə sektorunun tənzimlənməsi haqda qanun layihəsini bəyənib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, qanun layihəsinin lehinə 237, əleyhinə isə 197 konqresmen səs verib.

ABŞ prezidenti Barak Obama sənədin qəbulu münasibətilə yaydığı yazılı müraciətdə konqresmenlərin bu qərarını qlobal böhranın təsir etdiyi “hər bir amerikalının qələbəsi” adlandırıb. Öz növbəsində ABŞ Senatı sənədlə bağlı səsverməni bu ilin iyul ayının ortalarına təyin edib.

Qeyd edək ki, ABŞ maliyyə sistemində islahatlar “Volker qaydası” üzrə aparılacaq. ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) keçmiş rəhbəri olan Pol Volker hazırda prezident Obamanın iqtisadi müşaviridir. İslahatlar risklərin qarşısını almaq üçün öz vəsaiti hesabına qiymətli kağızlar əməliyyatları aparılması üzrə bank təcrübəsinin məhdudlaşdırılmasını, yeni maliyyə kataklizmlərindən yayınmaq üçün bankların xüsusi fonda vəsaitlər ayırmasını, hec-fondların və investisiya şirkətlərinin məcburi qaydada rəy kitabı nəşr etməsini (bu kitablarda əks olunan məlumatlar maliyyə tənzimləyiciləri tərəfindən yoxlanacaq), FES-in nəzdində maliyyə xidmətlərinin istehlakçılarının müdafiəsi üzrə xüsusi agentliyin yaradılmasını nəzərdə tutur.

İslahat təşəbbüskarlarının fikrincə, bank tənzimlənməsi sahəsində nəzarət funksiyalarının sərtləşdirilməsi bazardakı vəziyyətin keyfiyyətli analizinə, bu isə mümkün neqativ nəticələrin qarşısının vaxtında alınmasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR