Bank Of Baku

«MBASK» sığorta şirkəti yeni uduş lotereyası keçirir

«MBASK» sığorta şirkəti yeni uduş lotereyası keçirir
# 01 iyul 2010 09:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyuev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti öz avtomobilini «QUR» kompleks sığorta proqramı üzrə sığortalamış müştərilər arasında lotereyaya start verib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, avtomobilini «MBASK»ın ofisində, 20 min manatdan az olmayan dəyərdə kompleks şəkildə sığortalayan hər bir müştəri avtomatik olaraq «5-dən 1-i» lotereyasının iştirakçısına çevrilir. Lotereyanın şərtlərinə görə, mükafatlar sığorta polislərinin unikal nömrələri əsasında, hər ayın əvvəlində oynanılacaq. Uduşlar 2010-cu ilin sentyabr ayının 30-dək davam edəcək. Lotereyanın hər bir tirajında hər beş iştirakçıdan biri mütləq udur.

Lotereyanın hər bir uduşunun qalibi özü üçün mükafatları – «Blackberry Bold» telefonu, «Sony LCD» televizoru və ya «Netbook HP»-ni özü seçə biləcək.

Hər bir tirajda sığorta olunmuş müştərilər beş misli olan sayda iştirak edəcək və mükafatların sayı birbaşa bu rəqəmdən asılı olacaq. Bu rəqəmə uyğun gəlməyənlər, növbəti tiraja keçiriləcək. Sonuncu, üçüncü tirajda, mislindən asılı olmayaraq bütün polislər iştirak edəcək və zərurət olduqda mükafat əlavə ediləcək.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasına bir fiziki şəxs (70%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) daxildir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR