Bank Of Baku

«DəmirBank» yeni inzibati binasının layihə-smeta işləri üçün tender elan edib

«DəmirBank» yeni inzibati binasının layihə-smeta işləri üçün tender elan edib
# 01 iyul 2010 12:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC yeni inzibati binasının layihə-smeta işlərinin hazırlanması üçün tender keçirir.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tenderdə müxtəlif biznes istiqamətli binaların həm dizayn eskizlərinin hazırlanmasında, həm də texniki layihə-smeta işlərinin həyata keçirilməsində geniş təcrübəyə və müvafiq potensiala malik şirkətlər iştirak edə bilər.
Tenderdə iştirak etmək istəyən şirkətlər bankın binasının dizaynı üzrə eskizləri 3D formatında hazırlamalı və müxtəlif baxış istiqamətlərindən çap və elektron şəkil formasında təqdim etməlidir. Şirkətlər həmçinin müxtəlif dizayn eskizlərinin və layihə-smeta işlərinin nümunələrini də təqdim etməlidir.
Qeyd edək ki, binanın dizayn eskizləri və şirkətlərin iş nümunələri bu ilin iyul ayının 31-dək «DəmirBank»ın Biznesin inkişafı və marketinq Departamentinə təqdim edilməlidir.
«DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR