Bank Of Baku

«Paşa Bank» yeni ildən «Private Banking» xidmətlərinə başlayacaq

«Paşa Bank» yeni ildən «Private Banking» xidmətlərinə başlayacaq
# 02 iyul 2010 06:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC 2011-ci ilin əvvəlindən «Private Banking» xidmətlərinə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, xidmətin istifadəyə verilməsi istiqamətində bankın məsləhət qrupu tərəfindən işlər davam etdirilir. «Ümumiyyətlə, bu xidmətdən başqa bankın əsas məqsədi strategiyadan irəli gələn prioritet istiqamətlər üzrə biznesin keyfiyyətli inkişafı, eləcə də müştərilər və əməkdaşlarla uzunmüddətli və etibarlı münasibətlər yaratmaq və inkişaf etdirməkdir», - deyə F.Axundov bildirib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 333,289 mln. manat, depozit portfeli 166,326 mln. manat, kredit portfeli 140,174 mln. manat, məcmu kapitalı 128,283 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR