Bank Of Baku

İyunda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 19% artıb

İyunda BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 19% artıb
# 02 iyul 2010 07:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 40 ticarət sessiyasında 29 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 7 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 34,276 mln. manat və ya dollar ekvivalentində 42,647 mln. təşkil edib. Bu isə may ayı ilə müqayisədə 6,6 mln. manat və ya 19,3% çoxdur. May ayında həmçinin, EUR/AZN aləti üzrə dövriyyə 1,879 mln. manat təşkil edib. Ümumiyyətlə, iyun ayında xarici valyutalar üzrə elektron ticarətin həcmi 36,155 mln. manat təşkil edib.

Umumi hesabda isə cari ilin yanvar-iyun ayları üzrə xarici valyutalar üzrə elektron ticarətin həcmi 249 mln. manat təşkil edib. Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,132 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 1,471 mln. dollar təşkil edib.

Eyni zamanda iyun ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (39,65%), «Unibank» (27,08%), «AGBank» (21,97%), «Paşa Bank» (5,03%) və «AccessBank» (3,99%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR