Bank Of Baku

Ötən ay Azərbaycanda dolların birja məzənnəsi 0,04% artıb

Ötən ay Azərbaycanda dolların birja məzənnəsi 0,04% artıb
# 02 iyul 2010 08:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,04% düşüb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,8037 AZN-dən 0,8040-dək qalxıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi iyun ayında 0,8037 AZN-ə bərabər olub. Halbuki, may ayında bu göstərici 0,8036 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin iyun ayında BBVB-nin valyuta bölməsində keçirilən 40 ticarət sessiyasında 7 bankın iştirakı ilə 34,276 mln. manat və ya 42,647 mln. dollar həcmində 29 alqı-satqı əqdi qeydə alınıb. Bu isə may ayı ilə müqayisədə 19,3% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR