Bank Of Baku

«Paşa Bank» filial şəbəkəsini genişləndirir

«Paşa Bank» filial şəbəkəsini genişləndirir
# 02 iyul 2010 09:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC 2009-2011-ci illər üçün hazırladığı inkişaf strategiyasına əsasən, ölkənin əsas regionlarında - Gəncə şəhəri, Qazax, Zaqatala, Quba, Xaçmaz, Masallı və Lənkəran rayonlarında filial açmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, qeyd olunan şəhər və rayonlarda filialların açılması 2011-ci lin sonuna planlaşdırılır. «Lakin ilk olaraq bu ilin sonunadək bankın Bakıda «Port Baku» ticarət mərkəzində filialının açılması nəzərdə tutulur. Bankın «Port Baku» filialına işçi yığımı ilə bağlı iyulun 15-dən müvafiq elanlar veriləcək. İşçilərin işə qəbulu test üsulu ilə aparılacaq».

Qeyd edək ki, hazırda bankın «Bridge Plaza» və «Şüvəlan Park» ticarət mərkəzlərində şöbələri fəaliyyət göstərir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 333,289 mln. manat, depozit portfeli 166,326 mln. manat, kredit portfeli 140,174 mln. manat, məcmu kapitalı 128,283 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR