Bank Of Baku

«Fidan Sığorta» nizamnamə kapitalını artırır

«Fidan Sığorta» nizamnamə kapitalını artırır
# 02 iyul 2010 11:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Fidan Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 43 min ədəd, emissiyanın ümumi həcmi isə 860 min manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Fidan Sığorta»nın səhmlərinin yerləşdirilməsinə artıq iyul ayında başlanılacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 61,4% artaraq 2,260 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi bir hüquqi və iki fiziki şəxs olan «Fidan Sığorta» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Şirkət hazırda 15 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda sığorta şirkətinin nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR