Bank Of Baku

«Parabank»ın aktivləri ilin əvvəlindən 14% artıb

«Parabank»ın aktivləri ilin əvvəlindən 14% artıb
# 02 iyul 2010 13:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyun ayının 1-nə 100,572 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricisi ilə müqayisədə 14% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16% artaraq 68,457 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 36 876 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın depozit portfeli 6% artaraq 59,795 mln. manata, o cümlədən fiziki şəxslərin əmanətləri 6,85% artaraq 53,730 mln. manata çatıb. Məcmu depozit portfelinin 91,5%-i fiziki şəxslərin əmanətlərinin payına düşüb. Əmanətlərin artımı əsasən müştərilərə təklif olunan depozit məhsullarının cəlbedici şərtləri hesabına təmin olunub.

Qeyd edək ki, son bir il ərzində bankın məcmu kapitalı 16,3% artaraq 13,288 mln. manata, ümumi gəlirləri isə 45,8% artaraq 7,404 mln. manat təşkil edib. Bankın əldə etdiyi gəlirlərin 85,71%-i müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin payına düşüb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,76% artaraq hesabat dövrünün sonuna 6,347 mln. manat olub.

Həmçinin, 2010-cu ilin iyun ayının əvvəlinə bank tərəfindən dövriyyəyə buraxılmış plastik kartların sayı 3 697-i ötüb. Cari ilin əvvəli ilə müqayisədə bu göstərici üzrə artım 26,09% olub. Eyni zamanda banka məxsus bankomatların sayı 13, bank tərəfindən ticarət və iaşə obyektlərində quraşdırılmış POS-terminalların sayı 125 ədədə çatdırılıb.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 15 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR