Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı tərəfindən makroiqtisadi və maliyyə sabitliyinə dair modellər hazırlanıb

Azərbaycan Mərkəzi Bankı tərəfindən makroiqtisadi və maliyyə sabitliyinə dair modellər hazırlanıb
# 02 iyul 2010 14:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzi tərəfindən makroiqtisadi proseslərin və maliyyə sabitliyinin tədqiqində xüsusi əhəmiyyəti olan yeni ekonometrik modellər hazırlanıb.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bura manatın real effektiv valyuta məzənnəsinin tarazlıq səviyyəsi və məzənnə uyğunsuzluğunun qiymətləndirilməsi, manatın məzənnəsinin inflyasiyaya ötürücülük qabiliyyətinin qiymətləndirilməsi, daşınmaz əmlak bazarında «köpüyün» proqnozlaşdırılması, inflyasiya, dinamik stoxastik ümümi tarazlıq, məcmu buraxılış kəsiri, pula tələb, makro stress-testləşmə modelləri aiddir. Modellərin iqtisadi təhlildə geniş tətbiqi iqtisadi proseslərin daha dolğun diaqnostikası və proqnozlaşdırılmasının aparılmasında əhəmiyyətli rol oynayacaq.

AMB-dən bildirilib ki, bu modellərin metodologiyası qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla eyni zamanda milli iqtisadiyyatın xüsusiyyətlərini də nəzərə alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR