Bank Of Baku

Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində baş verən ciddi maliyyə pozuntuları ilə bağlı Respublika Prokurorluğuna müraciət edilib

Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində baş verən ciddi maliyyə pozuntuları ilə bağlı Respublika Prokurorluğuna müraciət edilib
# 03 iyul 2010 09:09 (UTC +04:00)
Hesablama Palatasından APA-ya verilən məlumata görə, palatanın iyunun 30-da keçirilən kollegiyasında dövlət büdcəsinin Şəki şəhəri üzrə yerli xərclərinin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan dövlət vəsaitinin proqnozlaşdırılması və icrasının auditi üzrə Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinə dövlət büdcəsinin yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditinə dair hesabat və rəy müzakirə olunaraq təsdiqlənib. Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində aparılmış nəzarət tədbiri nəticəsində bir sıra ciddi maliyyə pozuntularına və çatışmazlıqlara yol verildiyindən auditin nəticələri üzrə materiallar Kollegiyanın qərarına uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Eyni zamanda, bu barədə Milli Məclisə və müvafiq icra hakimiyyəti orqanlarına məlumat verilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR