Bank Of Baku

Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçiləri üçün keçirilən imtahanların nəticələri açıqlanıb

Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçiləri üçün keçirilən imtahanların nəticələri açıqlanıb
# 03 iyul 2010 09:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçiləri üçün keçirilən imtahanların nəticələri açıqlanıb. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda iştirak etmiş 2 nəfər rəhbər vəzifəyə namizəd olan şəxsdən qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 1 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 12 nəfər fiziki şəxsdən isə 9 nəfəri attestasiyadan müvəffəqiyyətlə keçib.
Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsinə və Azərbaycan Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi» qaydalarına uyğun olaraq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR