Bank Of Baku

«Azər-Türk Bank» yeni baş ofisə köçür

«Azər-Türk Bank» yeni baş ofisə köçür
# 05 iyul 2010 07:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azər-Türk Bank» ASC yaxın günlərdə yeni baş ofisə köçəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin üzvü Pərvanə Məmmədova bildirib.

P.Məmmədovanın sözlərinə görə, bank tərəfindən icarəyə götürülən ofis Bakının Xocalı prospekti, 55 ünvanında yerləşir. Hazırda isə bank İslam Səfərli küçəsi, 5 ünvanında fəaliyyət göstərir.

Xatırladaq ki, «Azər-Türk Bank» ASC 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın ölkə üzrə 3 filialı, (Bakı, Naxçıvan, Gəncə) 4 bankomatı və 21 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR