Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı “Azərpoçt”un 20 poçt filialına maliyyə xidmətləri göstərməsi üçün xüsusi icazə verib

Azərbaycan Mərkəzi Bankı “Azərpoçt”un 20 poçt filialına maliyyə xidmətləri göstərməsi üçün xüsusi icazə verib
# 05 iyul 2010 08:32 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC Bakıda fəaliyyət göstərən poçt filiallarına maliyyə xidmətləri göstərməsi üçün xüsusi icazələr artıq verilib.

Bunu “APA-Economics”ə açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədovun sözlərinə görə, ilk növbədə 1, 5 saylı və s. 20-yə yaxın filial şöbələri maliyyə xidmətləri göstərəcək: “Artıq 6, 7, 8 saylı filiallarda xüsusi icazə almaq üçün AMB-ə müraciət ediblər. Eyni zamanda “Azərpoçt”un 10 regional filialı da maliyyə xidmətlərinin göstərilməsi üçün xüsusi icazə almaq üçün müraciət edib”.

N.Məmmədov onu da bildirib ki, bu ilin sonuna kimi isə 1200 poçt şöbəsində maliyyə xidmətlərinin göstərilməsi təmin ediləcək: “Hazırda Azərbaycanda 1600 poçt şöbəsi fəaliyyət göstərir, lakin poçt şöbələrində maliyyə xidmətlərinin təşkilini nəzərdə tutan Dünya Bankının “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin həyata keçirilməsinə başlanarkən onların sayı 1200 olduğu üçün xidmətlərin məhz bu şöbələrdə göstərilməsi planlaşdırılıb. Gələcəkdə təxminən 2-3 ildən sonra qalan poçt şöbələrində də maliyyə xidmətlərinin təşkili nəzərdə tutulub. Hazırda isə yerdə qalan kiçik poçt şöbələrinin çoxunda bu xidmətlərə tələbat yoxdur, çünki onlar az sakini olan ucqar kəndlərdə yerləşir”.

Xatırladaq ki, xüsusi icazə AMB-nin tələblərinə cavab verən, yəni pul vəsaitlərinin saxlanılması üçün təhlükəsizliyi təmin edilmiş anbarının, bronlaşdırılmış inkassator maşınlarının, valyuta mübadiləsi əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulmuş təhlükəsiz şəraitin, müvafiq informasiya sisteminin və texniki bazanın mövcud olduğu poçt şöbələrinə veriləcək. İlkin mərhələdə Bakı, Sumqayıt, Abşeron və 10 regional poçt filialında maliyyə xidmətlərinin göstərilməsinə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR