Bank Of Baku

Azərbaycanda Təminatlı Pul Bazarı seqmentinin yeni üzvü seçilib

Azərbaycanda Təminatlı Pul Bazarı seqmentinin yeni üzvü seçilib
# 05 iyul 2010 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın Təminatlı Pul Bazarı (TPB) seqmentinin yeni üzvü seçilib.

Bakı Banklararası Valyuta Birjasından (BBVB) «APA-Economics»ə verilən məlumata görə, TPB seqmentinin iştirakçı banklarının qərarı ilə TPB-nin yeni üzvü «AFB Bank» ASC olub. Bununla da seqment iştirakçılarının sayı 9-a çatıb.

Xatırladaq ki, 2009-cu il oktyabrın 21-də Azərbaycan Mərkəzi Bankı (AMB), BBVB və pul bazarının bir sıra market-meyker bankları («Dəmirbank», «AGBank», « Bank Nikoil», «Standard Bank», «Paşabank», «Unibank» və «Bank of Baku») arasında kollektiv saziş imzalanıb. Həmin saziş pul bazarının yeni seqmenti üçün hüquqi əsas təşkil edib.

Qeyd edək ki, TPB banklararası kredit bazarının bir seqmentidir və burada kredit əməliyyatları üzrə öhdəliklərin yerinə yetirilməsi AMB tərəfindən təmin olunur. Banklara təqdim edilən ticarət limitləri AMB tərəfindən müəyyən edilir və bütün iştirakçılarla razılaşdırılır. Bu limitlərin dəyişdirilməsi haqqında qərar həmçinin AMB tərəfindən baxılır və qəbul edilir. Sazişin hər bir iştirakçı bankı ayda 1 mln. manatdan artıq vəsait cəlb edə bilməz. Kreditin maksimal müddəti 30 günlə məhdudlaşır. Faiz dərəcələri həmçinin banklar tərəfindən sərbəst şəkildə müəyyən edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR