Bank Of Baku

«Amrahbank»ın Gəncə filialı yeni ofisə köçüb

«Amrahbank»ın Gəncə filialı yeni ofisə köçüb
# 06 iyul 2010 07:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Amrahbank» ASC-nin Gəncə filialı yeni ofisə köçüb.

Bankın baş ofisindən «APA-Economics» verilən məlumata görə, Gəncə şəhəri, Ayna Sultanova küçəsi, 6 ünvanında yerləşən Gəncə filialı artıq yeni ünvanda - Xətai prospekti 13/1 ünvanında fəaliyyət göstərəcək.

Qeyd edək ki, «Amrahbank»ın 2005-ci ildən fəaliyyət göstərən Gəncə filialı həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətlərini, o cümlədən kreditlərin verilməsi, əmanət hesablarının açılması, sürətli pul köçürmələri, «Visa», «MasterCard» tipli beynəlxalq plastik kartlarla əməliyyatlar, 24 saat ərzində ATM vasitəsilə nağd pulun çıxarılması, valyuta mübadiləsi, investisiya məsləhətləri və digər xidmətləri təklif edir.

«Amrahbank»ın Filiallarla iş Departamentinin direktoru Elşən Sadıxovun sözlərinə görə, yeni ünvanda Gəncə şəhərində yaşayan müştərilərə daha keyfiyyətli bank xidməti göstəriləcək: “Müştərilərin rahatlığını düşünərək, bank gələcəkdə də bu istiqamətdə işlərini davam etdirəcək”.

Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 81,496 mln. manat, depozit portfeli 38,868 mln. manat, kredit portfeli 44,092 mln. manat, məcmu kapitalı 21,184 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 24 filialı, 18 bankomatı və 50 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR