Bank Of Baku

«Azər-Türk Bank» son bir ildə istehlak kreditlərinin həcmini 37% artırıb

«Azər-Türk Bank» son bir ildə istehlak kreditlərinin həcmini 37% artırıb
# 06 iyul 2010 14:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azər-Türk Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 46,324 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəricidən 1,5% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,44% artaraq 27,037 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 36,9% artaraq 12,351 mln. manata çatıb.

Bu müddət ərzində bankın depozit portfeli 1,24% azalaraq 25,218 mln. manat, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 12,912 mln. manat olub. Həmçinin son bir ildə bankın məcmu kapitalı 5,8% azalaraq 10,857 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib. Bu ilin yanvar-iyun aylarında bankın xalis mənfəəti 696 min manat olub.

Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın ölkə üzrə 3 filialı, 5 bankomatı və 21 POS-terminalı fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın işçilərinin sayı 113 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR