Bank Of Baku

«Paşa Bank» bu il işçilərin sayını 30% artıracaq

«Paşa Bank» bu il işçilərin sayını 30% artıracaq
# 06 iyul 2010 15:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC bu il ərzində işçilərin sayını 20-30% artırmaq niyyətindədir.

Bu barədə «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, hazırda bankda 100-ə yaxın işçi çalışır və bu ilin sonunadək «Port Baku» filialı istifadəyə verildikdən sonra bankın işçilərinin sayı 130-a çatacaq.

«Bank həmin filiala işçi yığımı ilə bağlı bu ilin iyul ayının sonundan başlayaraq vakansiyalar elan edəcək. İmtahanlar isə test üsulu ilə aparılacaq», - deyə F.Axundov bildirib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 333,289 mln. manat, depozit portfeli 166,326 mln. manat, kredit portfeli 140,174 mln. manat, məcmu kapitalı 128,283 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR