Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən bankomatların sayı 1752-yə, POS-terminalların sayı isə 8801-ə çatıb

Azərbaycanda fəaliyyət göstərən bankomatların sayı 1752-yə, POS-terminalların sayı isə 8801-ə çatıb
# 06 iyul 2010 15:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA–Economics. Azərbaycanda fəaliyyət göstərən bankomatların sayı bu ilin iyun ayının 1-nə 1752 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 170 ədəd çoxdur.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bankomatların 979-u Bakı şəhərində, 773-ü isə digər şəhər və rayonlarda yerləşir.

Bu dövrdə ölkə üzrə POS-terminalların sayı 8801 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrün göstəricisindən 280 ədəd çoxdur. Cari dövrdə POS-terminalların 8013-ü Bakı şəhərində, 788-i isə digər regionlarda yerləşir. Eyni zamanda Azərbaycan üzrə dövriyyədə olan ödəniş kartların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 4,120 milyona çatıb.

Ödəniş kartları, o cümlədən bankomatlar və POS-terminallar vasitəsilə aparılan əməliyyatların sayı 3972 olub. Məcmu kartların 95,5%-i debet kartlarının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR