Bank Of Baku

«Azər Asiya» sığorta şirkətinin ləğvi ilə bağlı xüsusi komissiya yaradılıb

«Azər Asiya» sığorta şirkətinin ləğvi ilə bağlı xüsusi komissiya yaradılıb
# 07 iyul 2010 09:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azər Asiya» sığorta şirkətinin səhmdarlarının Bakıda keçirilən növbəti iclasında şirkətin ləğvi ilə bağlı Ləğvetmə Komissiyası yaradılıb.

Bunu «APA-Economics»ə açıqlamasında «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin Hüquq Departamentinin direktoru Əfqan Mirzəyev bildirib.

Ə.Mirzəyevin sözlərinə görə, iclasda şirkətin ləğvi ilə bağlı ilkin razılaşmalar olub və Ləğvetmə Komissiyasına hər iki səhmdar tərəfindən bir nümayəndə təyin olunub, şirkətin vergi borcları və digər öhdəlikləri ödənildikdən sonra səhmlərin başqa cəmiyyətə satılması məsələsi müzakirə edilib.

Xatırladaq ki, 2008-ci ilin fevral ayının 11-də Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi, lisenziyanın tələb və şərtlərinə uyğunsuzluğu olub. İranlı səhmdarlar isə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən şirkətin lisenziyasının dayandırılmasını qeyri-qanuni hesab edir, şirkətin lisenziyasının ləğvinə yol verməyəcəklərini bildirirlər. Onlar yol verilmiş nöqsanların aradan qaldırılmasına, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırılmasına razıdırlar. Lakin məsələnin siyasiləşməsinin problemin həllinə mane olduğunu qeyd edirlər.

Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR