Bank Of Baku

Avropada ilk biometrik bankomat quraşdırılıb

Avropada ilk biometrik bankomat quraşdırılıb
# 07 iyul 2010 10:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Polşanın BPS bankı Avropada ilk olaraq insan əlinin barmağının qan damarlarından təyin etmə texnologiyası vasitəsilə müştərinin şəxsiyyətini müəyyən edən biometrik bankomat quraşdırıb.

APA-Economics”in məlumatına görə, Yaponiyanın “Hitachi” şirkəti tərəfindən hazırlanmış texnologiya hamıya məlum olan daktiloskopiyadan (damar xətlərinin izlərinin müqayisəsi) daha dəqiqdir.

İnfraqırmızı şüalar vasitəsilə damarların şəkli müəyyən edilir və məlumat bazasında mövcud olan izlərlə müqayisə edilir. CNN-in yaydığı məlumata əsasən, “Hitachi”nin Avropa bazarında təhlükəsizlik və texnoloji həllər üzrə mütəxəssislərinin apardığı araşdırmalar göstərib ki, səhv ehtimalı 1:1 000 000-a bərabərdir ki, bu da gözün qüzeh guşəsi üzrə eyniləşdirmə ilə müqayisə edilə bilər.

Yaponiyada texnologiyanın inkişafı 2006-cı ildə hökumət tərəfindən bankların saxta və oğurlanmış kartlarla nağd pul çıxarılmasında məsuliyyəti haqda qanunu qəbul edildikdən sonra sürətlənib. Yaponiyada bu texnologiya üzərində qurulan 80 mindən çox bankomat 15 mln. müştəri tərəfindən istifadə edilir. Az sayda analoji maşın ABŞ-da, Yaxın Şərqdə, Asiya və Afrikada var. Polşada isə ilk bu cür bankomat Varşavada quraşdırılıb, bu ilin sonuna kimi isə bank bütün şöbələrini onlarla təchiz etmək niyyətindədir. Polşada dövlət müavinətləri biometrik bankomatlar vasitəsilə ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR