Bank Of Baku

«Parabank»ın «Gənclik» filialının adı və ünvanı dəyişdirilib

«Parabank»ın «Gənclik» filialının adı və ünvanı  dəyişdirilib
# 07 iyul 2010 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC Bakı şəhəri, Xocalı küçəsi, 37 ünvanında yerləşən «Gənclik» filialının adını və ünvanını dəyişib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Gənclik» filialının ünvanı dəyişərək Bakının Nizami rayonu, Q.Qarayev prospekti, 27A ünvanına köçürülüb və «Nizami» filialı adlandırılıb.

Bankdan bildirilib ki, filialın ünvanının dəyişdirilməsinə əsas səbəb bank tərəfindən əhaliyə göstərilən xidmət sisteminin təkmilləşdirilməsidir. «Nizami» filialı müştərilərə istehlak, biznes kreditləri, əmanətlər, valyuta mübadiləsi, «VISA» plastik kartları, «Western Union», «PrivatMoney», CMT (Caspian Money Transfer), «Bıstraya Poçta», «Azia Express», «Zolotaya Korona», «Contact», «Migom» təcili pul köçürmələri üzrə geniş bank xidmətləri göstərir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 94,993 mln. manat, depozit portfeli 58,154 mln. manat, kredit portfeli 64,721 mln. manat, məcmu kapitalı 13,134 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,570 mln. manat olub. Hazırda bankın ölkə üzrə 15 filialı, 10 bankomatı və 127 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR