Bank Of Baku

«Bank of Baku» «Güzəştli Kreditlər» kampaniyası çərçivəsində 4 min müştəriyə nağd pul krediti ayırıb

«Bank of Baku» «Güzəştli Kreditlər» kampaniyası çərçivəsində 4 min müştəriyə nağd pul krediti ayırıb
# 08 iyul 2010 13:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC yeni «Güzəştli Kreditlər» kampaniyası çərçivəsində 4 minə yaxın müştərisinə dəstək olaraq 4 mln. manatdan çox nağd pul krediti ayırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, növbəti kredit kampaniyası olduqca yaxşı göstəricilərlə başlayıb. Belə ki, kampaniyanın ilk 18 gününün nəticələrinə əsasən bank 4 137 371 manat həcmində nağd pul krediti ayırıb.

Kampaniya başlanandan təhsil və tibb müəssisələrinin 748 əməkdaşı 568 950 manat, bankla iş tarixçəsi olan 2736 müştəri 3 230 189 manat, dövlət və iri özəl müəssisələrinin 388 əməkdaşı isə 338 232 manat həcmində nağd pul krediti alıb.

Xatırladaq ki, müştərilərin tələbat və ehtiyaclarını maksimal dərəcədə ödəmək naminə «Bank of Baku» bu ilin iyun ayının 12-dən etibarən əhali üçün bir sıra üstünlüklərə malik yeni «Güzəştli Kreditlər» kampaniyasını həyata keçirir.

Kampaniyanın şərtlərinə görə, təhsil və tibb müəssisələrinin əməkdaşları indi «Bank of Baku»dan nağd pul kreditini 1 il müddətinə deyil, 18 ay müddətinə 2500 dollar ala bilərlər.

«Bank of Baku»dan kredit alan və ödənişləri vaxtında həyata keçirən müştərilər 24 ay müddətinə 4500 dollaradək nağd pul krediti ala bilərlər. Dövlət və iri özəl müəssisələrinin əməkdaşları indi nağd pul kreditini 18 ay müddətinə deyil, 24 ay müddətinə aylıq əmək haqqının 5 misli qədər (3500 manatdan artıq olmamaq şərti ilə) ala bilərlər. Kampaniyanın üstünlüklərindən biri də odur ki, bank kredit müddətinin ilk 6 ayı ərzində yalnız faizləri ödəmək imkanını yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR