Bank Of Baku

«Omni Finance» təşkilatının mənfəəti son bir ildə 3 dəfə artıb

«Omni Finance» təşkilatının mənfəəti son bir ildə 3 dəfə artıb
# 08 iyul 2010 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Omni Finance» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 1,015 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 3,8 dəfə çoxdur.

Təşkilatın İdarə Heyətinin sədri Emin Sadıqovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə təşkilatın müştərilərinin sayı 2,8 dəfə artaraq cari ilin iyul ayının 1-nə 170 nəfər olub.

E.Sadıqov bildirib ki, təşkilatın əldə etdiyi mənfəətin həcmi son bir ildə 3 dəfə artaraq 50 min manata çatıb. Portfelin diversifikasiyasına gəldikdə isə 30% ticarət və xidmət sahəsinin, 40% istehlak kreditlərinin, 20% ipoteka kreditlərinin və 10% isə kənd təsərrüfatı kreditlərinin payına düşüb.

Qeyd edək ki, kənd təsərrüfatı sektoru biznes üçün riskli sahə olduğu üçün bütün təşkilatların kredit portfelində bu göstərici digər sahələrə nisbətən hər zaman azlıq təşkil edib.

Xatırladaq ki, təsisçisi 3 yerli fiziki şəxs olan «Omni Finance» 2003-cü ildə dövlət qeydiyyatından «Mikromaliyyə» MMC kimi keçib. Hazırda şirkətin Beyləqan, Ağcabədi və Sumqayıt filialları fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə qurumun nizamnamə kapitalının həcmi 150 min manatdır. Təşkilat tərəfindən təklif olunan kreditlər 27-30% civarındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR