Bank Of Baku

«Bank SilkWay» nizamnamə kapitalını artırır

«Bank SilkWay» nizamnamə kapitalını artırır
# 08 iyul 2010 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank SilkWay» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 111 manat, sayı 90 min ədəd, emissiyanın ümumi həcmi isə 9,99 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Bank SilkWay»ın səhmlərinin yerləşdirilməsinə artıq bu ilin iyul ayında başlanacaq. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 50% artaraq 29,99 mln. manata çatacaq.

Xatırladaq ki, «Bank SilkWay» ASC 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir.

Bu ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 46,179 mln. manat, depozit portfeli 8,292 mln. manat, kredit portfeli 30,680 mln. manat, məcmu kapitalı 23,167 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR