Bank Of Baku

Beynəlxalq Valyuta Fondu ABŞ hökumətinə vergilərin artırılmasını tövsiyə edir

Beynəlxalq Valyuta Fondu ABŞ hökumətinə vergilərin artırılmasını tövsiyə edir
# 09 iyul 2010 09:37 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ hökumətinə büdcə kəsiri ilə mübarizə tədbirlərini qəbul etməyi və vergilərin artırılması barədə düşünməyi tövsiyə edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə BVF-nin ABŞ iqtisadiyyatına həsr olunmuş illik hesabatında bildirilir.

Sənəddə vergilərin artırılmasının və bir sıra vergi güzəştlərinin ləğvinin ölkədə narazılığa səbəb olacağına rəğmən, qaçılmaz olduğu vurğulanır. Eyni zamanda ABŞ iqtisadiyyatının böhrandan sonra bərpa olunmağa başladığı, bununla belə bir sıra risklərin, o cümlədən yüksək işsizlik səviyyəsinin mövcud olduğu qeyd edilir.

BVF dünyanın ən böyük iqtisadiyyatının bu il 3,3% artacağını, gələn il bu göstəricinin 2,9%-ə düşəcəyini, işsizlik səviyyəsinin isə 2011-ci ilin sonunadək 9% səviyyəsində qalacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR